Putin beynəlxalq təşkilatların Dağlıq Qarabağda münaqişənin gələcək həllində iştirakına ümid edir

Putin beynəlxalq təşkilatların Dağlıq Qarabağda münaqişənin gələcək həllində iştirakına ümid edir
  • Clock-gray 16:25
  • calendar-gray 24 Noyabr 2020

Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı münaqişənin gələcək həlli prosesində iştirak edəcəyinə ümid edir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə yeni səfirlərin etimadnamələrini təqdim etməsi mərasimində deyib.

O qeyd edib ki, Qarabağda vəziyyətin stabilləşməsinə kömək edəcək, münaqişənin təsirinə məruz qalan ərazilərin sakinlərinə yardım göstərəcək, infrastrukturu bərpa edəcək və normal, dinc həyat üçün şərait yaradacaq Rusiya humanitar mərkəzi fəaliyyətə başlayır: “Bu səylərin göstərilməsində ixtisaslaşmış beynəlxalq təşkilatların iştirakına ümid edirik. Bütün bunlar köhnəlmiş münaqişənin ədalətli əsasda davamlı və hərtərəfli nizamlanmasına zəmin yaradır və bu, Azərbaycan və erməni xalqlarının marağındadır”.

Zümrüd Paşkin

Digər xəbərlər