Şotlandiya şirkəti işğaldan azad olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsində iştirak edir

Şotlandiya şirkəti işğaldan azad olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsində iştirak edir
# 01 fevral 2021 14:18 (UTC +04:00)

“Biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi layihəsində iştirak edirik. İndiyədək müxtəlif ölkələrdə həm piyada, həm də tank əleyhinə minaların zərərsizləşdirilməsində şəxsən iştirak etmişəm”.

APA-nın məlumatına görə, bunu Şotlandiya şirkətinin nümayəndəsi Devid Klark deyib.

O, Füzuli rayonu ərazisində minatəmizləmə əməliyyatlarına sabahdan başlayacaqlarını bildirib.

D. Klark qeyd edib ki, onlar minaların aşkarlanmasında iştirak etmirlər, yalnız zərərsizləşdirilməsini təşkil edirlər: “Mən artıq bir neçə ölkədə bu əməliyyatları həyata keçirmişəm. Piyada və tank əleyhinə yüzlərlə minanın zərərsizləşdirilməsində birbaşa iştirak etmişəm”.

Üç ay ərzində Azərbaycanda olacaqlarını deyən D. Klark bu müddətdə Azərbaycanın bu sahə üzrə mütəxəssisləri üçün təlimlər keçəcəklərini də bildirib: “Bu müddətdə 6-dan 8-ə qədər minatəmizləyən mütəxəssis təlim alacaq. Təlim başa çatdıqdan sonra onlara sertifikat veriləcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR