Tarixçi alimlər erməni təcavüzü ilə bağlı bəyanat yayıblar

 Tarixçi alimlər erməni təcavüzü ilə bağlı bəyanat yayıblar
  • Clock-gray 15:53
  • calendar-gray 17 İyul 2020

Tərkibində gənc alimlərin toplaşdığı, tarix üzrə fəlsəfə doktoru Ziya Hacılının rəhbərlik etdiyi “Arxeoloq” İctimai Birliyi Azərbaycanın Ermənistanla sərhədinin Tovuz rayonu ərazisində baş vermiş erməni təxribatı nəticəsində atəşkəsin pozulması, hərbi əməliyyatların intensivləşməsi ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, qurumun Azərbaycan ictimaiyyəti ilə yanaşı, dünyanın 20 ölkəsindəki tərəfdaş təşkilatlarına, tarix elmi üzrə birliklərinə ünvanlanmış bəyanatında bildirilir ki, 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan silahlı qüvvələri Tovuz rayonu ərazisindəki mövqelərimizi, o cümlədən dinc əhalinin yaşadığı məntəqələri güclü atəşə məruz qoyub, bunun nəticəsində hərbçilərimiz və mülki vətəndaşlarımız şəhid olub, yaralanıb. “Arxeoloq” İctimai Birliyi Ermənistanın işğalçılıq siyasətinin növbəti bariz göstəricisi olan bu faktı qətiyyətlə pisləyir.

“Tovuz cəbhəsində baş verənlər onu göstərir ki, Qafqaz coğrafiyasına yad, etnik kökü kifayət qədər mübahisə və suallar doğuran, təhlükəli xəstə təxəyyülü ilə artıq üç əsrdir, qonşularının haqq və hüquqlarını hər fürsətdə tapdalayan, regiona köçürüldükləri tarixdən daim böyük güclərin maşasına çevrilmiş erməni adlı qaragüruhçuların törətdikləri terror günümüz üçün də aktualdır.

Böyük təəssüflə vurğulamaq istərdik ki, həm qədim Azərbaycan yurdu olan indiki Ermənistan Respublikası adlanan ərazidə, həm də işğal altında olan Vətən torpaqlarımızda xalqımızın əsrlər boyu qurub-yaratdığı dünya mədəniyyətinin irsi hesab edilən bir çox maddi mədəniyyət nümunələrimiz olan tarixi dini, arxeoloji abidələr, məzar daşları da düşmənin mənfur hədəfinə çevrilərək məhvə məruz qalıb. Proses Ermənistan hakimiyyətində təmsil olunan qüvvələr tərəfindən hazırda da davam etdirilməkdədir”, - deyə bəyanatda bildirilir.

Son günlər erməni məkrinin növbəti təzahürü ilə üzbəüz qaldığımız ilk anlardan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təxirəsalınmaz əks cavab tədbirlərinin davam etdiyi bir vaxtda “Arxeoloq” İctimai Birliyində təmsil olunan gənc alimlər daim dövlətimizin və ordumuzun yanında olduqlarını bəyan edir, Vətən torpaqları uğrunda döyüşməyə və ərazi bütövlüyümüzü bərpa etmək yolunda veriləcək hər bir tapşırığa əməl etməyə hazır olduqlarını bildirir.

“Onu da bildirmək istərdik ki, biz öz növbəmizdə dünyada əməkdaşlıq etdiyimiz elmi birlikləri istər Qarabağ münaqişəsinin tarixi kökləri, istərsə də erməni terrorizmi və vandalizminin Tovuzda özünü göstərən növbəti təzahür forması barədə geniş məlumatlandırmağı, onların təmsil olunduqları ölkələrin elm ictimaiyyətinə müraciətlərini diqqətdə saxlamağı hədəf seçmişik. Bu işi məsuliyyətlə davam etdirməyi Vətənimiz Azərbaycan qarşısındakı müqəddəs borcumuz hesab edirik.

Müqəddəs amalımız olan torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsini qürurla anır və onların yaxınlarına Allahdan səbr diləyirik”, - deyə bəyanatda qeyd olunur.

apa-logo-mini

Digər xəbərlər