Zəngilanda günəş enerjisi ilə bağlı ölçmə-müşahidə stansiyası quraşdırılıb

Zəngilanda günəş enerjisi ilə bağlı ölçmə-müşahidə stansiyası quraşdırılıb
# 11 mart 2021 11:55 (UTC +04:00)

İİşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri potensialının ölçülməsi məqsədilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarında potensial günəş enerjisi ərazilərinə baxış keçirilib və Zəngilan rayonunda ölçmə-müşahidə stansiyası quraşdırılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.

İclasda qeyd edilib ki, hidroenerji potensialından səmərəli istifadə ilə bağlı İşçi Qrupun aidiyyəti qurumları tərəfindən müvafiq işlər aparılır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR