BMTM "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusunda dəyirmi masa təşkil edib 

BMTM "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusunda dəyirmi masa təşkil edib 
# 18 oktyabr 2019 12:59 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusunda dəyirmi masa təşkil edib.

APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Mərkəzin sədri Fərid Şəfiyev bildirib ki, tədbirin əsas məqsədi Qarabağla bağlı hazırkı vəziyyət və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparmaqdır: "Biz düşüncə mərkəzi olaraq digər düşüncə mərkəzləri və Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə həm ölkə daxili, həm də xaricində hansı istiqamətləri gücləndirməli, hansı mövzuları gündəmə daxil etməli olduğumuzla bağlı faydalı müzakirələr aparmalıyıq. İkinci müzakirə məsələmiz isə Mərkəzin nəzdində beynəlxalq münasibətlər sahəsi üzrə siyasətçilər və ekspertlər şəbəkəsi yaratmaqdır. Şəbəkənin yaradılmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı düşüncə mərkəzlərinin birgə fəaliyyət göstərməsi, müəyyən əlaqələndirmə mexanizmi yaratmaq, Azərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatı ilə bağlı məsələlər, qlobal və regional konteksdə baş verən siyasi-iqtisadi proseslər, eləcə də müasir beynəlxalq münasibətlər sistemindəki aktual məsələlər üzrə Azərbaycanın qonşu dövlətlərlə münasibəti, Yaxın Şərqdəki geosiyasi vəziyyətə dair fikir mübadiləsi aparmaq, konkret mövzular üzrə dinləmələr keçirməkdir".

F.Şəfiyev bildirib ki, şəbəkəyə həm alimləri, həm media nümayəndələrini, həm də dövlət qurumlarının nümayəndələrini cəlb etmək niyyətindədirlər.
Mərkəz sədri deyib ki, bir həftə sonra Bakıda Qoşulmama Hərəkatının zirvə görüşü keçiriləcək: "Azərbaycan 3 il Hərəkata sədrlik edəcək. Bunun Azərbaycan üçün faydası, eyni zamanda hədəflər barədə müvafiq açıqlama verəcəyik. Biz Mərkəz olaraq bir sıra təhsil ocaqları ilə əməkdaşlıq aparmaq istəyirik. Birinci gün Bakı Dövlət Universitetində Ermənistanda faşizmin qəhrəmanlaşdırıması, Qaregin Nijde məsələsi ilə bağlı seminar keçirmək fikrindəyik. Düşünürük ki, müxtəlif təhsil ocaqları ilə əməkdaşlıq edərək bu cür tədbirlər keçirək. Eyni zamanda digər məsələ xaricdə Azərbaycanla bağlı məqalələr, kitabların nəşr olunması, Azərbaycan daxilində müvafiq ekspertlərin hazırlanması, təlimlərin keçirilməsidir. Xaricdə, xüsusilə də Qərb elmi ədəbiyyatında yetəri qədər araşdırmamız çap olunmur. Çünki orada müəyyən standartlar var. Bununla bağlı təhsil ocaqlarında birgə müvafiq seminarlar, təlimlər keçirmək istəyirik".
Tədbirdə çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev həmsədrlərlə keçirilən görüş barədə məlumat verib, görüləcək işlərdən danışıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR