Əfqanıstan səfiri Ağdamın azad edilməsi ilə bağlı Azərbaycan xalqını təbrik edib

Əfqanıstan səfiri Ağdamın azad edilməsi ilə bağlı Azərbaycan xalqını təbrik edib
  • Clock-gray 11:54
  • calendar-gray 20 Noyabr 2020

“Tarixi bir andır, Ağdam şəhəri 27 illik işğaldan sonra azad edildi”.

APA-nın xəbərinə görə, bunu Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib.

“Azərbaycan xalqı sevincli anları qeyd edir. Azərbaycan xalqının sevincini bölüşürük. Azərbaycana gəldiyimdən bəri 28 illik işğalın sona çatdığını, şəhərlərin və qəsəbələrin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu tərəfindən bir-birinin ardınca azad olunduğunu görürük. Azərbaycan xalqını və Ordusunu təbrik edirik!”, - deyə səfir qeyd edib. 

Zümrüd Paşkin

Digər xəbərlər