Lavrov və Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Lavrov və Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər
# 11 oktyabr 2019 01:46 (UTC +04:00)

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, görüş MDB XİN başçıları Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində baş tutub.

Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları ətrafında fikir mübadiləsi aparıblar.

Bundan başqa, görüşdə Rusiya - Ermənistan ikitərəfli münasibətləri və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR