Ərdoğan: “Rusiya ilə birgə Azərbaycan-Ermənistan məsələsində müvafiq addımlar ataraq regionda sülhü bərqərar edə bilərik”

Ərdoğan: “Rusiya ilə birgə Azərbaycan-Ermənistan məsələsində müvafiq  addımlar ataraq regionda sülhü bərqərar edə bilərik”
  • Clock-gray 15:39
  • calendar-gray 23 Oktyabr 2020

“Azərbaycan haqlı tələbini ortaya qoyur. Prezident İlham Əliyevin tələbini bir kənara qoymaq mümkün deyil. Azərbaycan deyir ki,  Ermənistan bu problemin həllində Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Rusiya nə qədər Qarabağ problemilə bağlı sülh və sabitlik istəyirsə, Türkiyə də ən azı o qədər istəyir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnaistlərin suallarını cavablandırarkən belə bildirib. 

R.T.Ərdoğan deyib ki, Türkiyə ATƏT-in Minsk qrupunün üzvü olduğu üçün məsələnin diplomatik yollarla həllində ölkəsinin yer alması mümkündür və buna görə, indiyədək Rusiya tərəfdən əks bir mövqe olduğunu eşitməyib: “Rusiyanın bu məsələdə Türkiyə ilə bağlı mənfi münasibəti haqqında açıqlamalar yoxdur. Var deyənlər, öz qənaətlərini ortaya qoyurlar. Bizim Rusiya ilə istər Suriya, istər Liviya məsələsilə bağlı ortaq fəaliyyətlərimiz var. Ümid edirik ki, Azərbaycan-Ermənistan məsələsində də müvafiq addımlar ataraq regionda sülhü bərqərar edərik”. 

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər