Ərdoğanla Putin Qarabağla bağlı müzakirə aparıblar

Ərdoğanla Putin Qarabağla bağlı müzakirə aparıblar
  • Clock-gray 23:00
  • calendar-gray 24 Noyabr 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən yayılan açıqlamada bildirilib.

Liderlər Türkiyə-Rusiya arasında ticarət əlaqələrinin artırılması, Dağlıq Qarabağ və Suriya mövzuları başda olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə birlikdə Dağlıq Qarabağda quracağı Birgə Nəzarət Mərkəzinin fəaliyyətə başlamasını gözlədiklərini deyib və Ermənistan tərəfinin müqavilə ilə bağlı öhdəliklərindən yayınmasına icazə verilməməsinin lazım olduğunu bildirib.

Telefon söhbətində Ərdoğan ATƏT-in Minsk Qrupunun digər həmsədrləri tərəfindən bölgədə sülhü kölgə altına almağa yönəlmiş tənqidləri anlamağın mümkünsüzlüyünü də vurğulayıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər