Rövşən Rzayev: “Məhkəmə “Çıraqovlar”ın işi üzrə ədalətli mövqedən çıxış edib”

Rövşən Rzayev: “Məhkəmə “Çıraqovlar”ın işi üzrə ədalətli mövqedən çıxış edib”
# 13 sentyabr 2019 16:27 (UTC +04:00)

“Avropa İnsan Haqları Məhkəməsi “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə ədalətli mövqedən çıxış edib və qərar qəbul edib. Düşünürəm ki, bu prosesi davam etdirmək olar”.

APA-nın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqedən çıxış etməlidir.

“İşğala son qoyulması üçün Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal çıxarılmalıdır. Bundan sonra digər məsələlərə baxıla bilər”, - R. Rzayev vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR