Türkiyə Prezidenti: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”

Türkiyə Prezidenti: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”
  • Clock-gray 13:53
  • calendar-gray 16 Oktyabr 2019

“Türkiyə tarixin heç bir dönəmində mülki əhalini qətlə yetirməyib, soyqırımı törətməyib və törətməz”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

“Qətliam görmək istəyənlər Əfqanıstana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxsın. Türkiyəni mülki əhalini öldürməkdə günahlandıranların gözü kor, qulağı kar, ürəkləri daşlaşıb”, - deyə Ərdoğan qeyd edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date