Bank Of Baku

Xamenei: Sosial birliyə zərər vuran hər bir əməli qəti şəkildə qadağan edirəm

Xamenei: Sosial birliyə zərər vuran hər bir əməli qəti şəkildə qadağan edirəm
# 28 avqust 2026 22:25 (UTC +04:00)

“Müharibə və ya danışıqlar, güzəşt və ya müharibə tərəfdarlığı kimi ikiləşdirmələrdən çəkinmək lazımdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Möctəba Xamenei İran hökumətinin “Hökumət həftəsi” münasibətilə yayımladığı müraciətində deyib.

“Sosial birliyə zərər vuran hər bir əməli qəti şəkildə qadağan edirəm”, - Xamenei bildirib.

İranın Ali Rəhbəri bütün məhdudiyyətlərə, o cümlədən sanksiya və mühasirəyə baxmayaraq göstərdiyi xidmətlərə görə hökumətə təşəkkür edib.

Xamenei iqtisadi məsələlərə diqqət yetirilməsinin, həmçinin daxili istehsala investisiya qoyuluşu və dəstəyin artırılmasının vacibliyini vurğulayıb.

O, çıxışının davamında milli birlik və sosial həmrəyliyin qorunmasına diqqət çəkib və bunu ölkənin əsas məsələlərindən biri adlandırıb.

Xamenei onu da qeyd edib ki, bütün mədəni, sosial, siyasi, təhlükəsizlik və iqtisadi tədbirlər sosial həmrəyliyin qorunması nəzərə alınmaqla həyata keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR