“Təhsil haqqında” qanun layihəsi dekabrın sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılacaq

“Təhsil haqqında” qanun layihəsi dekabrın sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılacaq
# 16 dekabr 2006 13:13 (UTC +04:00)
Bu barədə APA-ya parlamentin Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib. Ş.Hacıyevin sözlərinə görə, artıq qanun layihəsinin komissiyada müzakirəsi başa çatıb. Layihənin yaz sessiyasında müzakirə olunacağı ilə bağlı fikirlərə gəldikdə, Ş.Hacıyev bildirib ki, bu məlumat düzgün deyil: “Biz çalışırıq ki, dekabrın sonuna kimi qanunu qəbul edək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR