Bakıda Azərbaycan və Rusiya ikitərəfli parlamentlərarası komissiyasının 6-cı iclası keçirilir

APA-nın məlumatına görə, iclas iştirakçıları toplantıdan öncə Fəxri Xiyabanı ziyarət ediblər. İclasın yekunlarına dair keçirilən brifinqdə parlamentlərarası komissiyanın Rusiyadan olan həmsədri Svetlana Orlova iclasın ümumilikdə səmərəli keçdiyini bildirib. S.Orlova azərbaycanlı həmkarları ilə ölkələr arasında cari iqtisadi vəziyyəti, gömrük prosedurları, sərhədlərin delimitasiyası, ticarət dövriyyəsi, iqtisadiyyatın digər sahələrində əməkdaşlığa dair digər məsələlərin müzakirə olunduğunu vurğulayıb: “Rusiya və Azərbaycan hökumətlərinin iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən bir sıra layihələri var”.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri Valeh Ələsgərov isə əməkdaşlığın səmərəli şəkildə davam etdiyini deyib. V.Ələsgərovun sözlərinə görə, gələcək iclaslar həm parlamentlərarası əməkdaşlığın inkişafına, həm də dövlətlərin mənafeyinə xidmət edəcək. /APA/

Daxili siyasət

Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilir

MSK Katibliyinin yeni strukturu təsdiqlənib

Azərbaycanla 81 seçki dairəsinin sərhədləri müəyyənləşib