Xankəndinin işğalının 15-ci ildönümü və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı aksiyalar keçiriləcək

Xankəndinin işğalının 15-ci ildönümü və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı aksiyalar keçiriləcək
# 18 dekabr 2006 12:46 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) təşəbbüsü ilə 26-31 dekabrda Xankəndinin işğalının 15-ci ildönümü və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı aksiyalar keçiriləcək. Hərəkatın sədri İlqar Qasımov APA-ya bildirib ki, “Qarabağsız Azərbaycan yoxdur!” şüarı altıda keçiriləcək etiraz aksiyaları Rusiya, Ukrayna, Norveç, İsveç, Almaniya, Kanada və İtaliyada təşkil olunacaq. İ. Qasımovun sözlərinə görə, GUAM ölkələri siyasi partiya və hərəkatlarının Koordinasiya Şurasının 2007-ci ilin yanvarında Bakıda keçiriləcək toplantısında Qarabağla bağlı yeni fəaliyyət proqramı hazırlanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR