YAP-ın Füzuli və Tovuz rayon təşkilatlarının konfransları keçirilib

YAP-ın Füzuli və Tovuz rayon təşkilatlarının konfransları keçirilib
# 18 dekabr 2006 13:42 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının V, Tovuz rayon təşkilatının isə VI konfransı keçirilib. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib. Yenidən YAP Füzuli rayon təşkilatının sədri seçilən Hafiz Tahirov öz məruzəsində ötən müddət ərzində yerli təşkilatın üzvlərinin sayının 2362 nəfərdən 3057 nəfərə çatdığını bildirib. Tovuz rayon təşkilatının konfransında isə yenidən sədr seçilən Bəhruzər Rüstəmov hesabat məruzəsi ilə çıxış edib. O, rayon təşkilatının 4365 üzvü olduğunu bildirib.
Hər iki konfransın sonunda prezident İlham Əliyevə müraciət qəbul olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR