“Azadlıq” bloku hesab edir ki, “Hərbi mükəlləfiyyət haqqında” qanunda nəzərdə tutulmuş güzəştlərin ləğvi Azərbaycanın nüfuzuna zərbə ola bilər

“Azadlıq” bloku hesab edir ki, “Hərbi mükəlləfiyyət haqqında” qanunda nəzərdə tutulmuş güzəştlərin ləğvi Azərbaycanın nüfuzuna zərbə ola bilər
# 19 dekabr 2006 13:10 (UTC +04:00)
“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. İclasa sədrlik etmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edildikdən sonra “Hərbi mükəlləfiyyət haqqında” qanuna təklif olunan dəyişikliklərə və MSK-nın tərkibinin formalaşdırılmasına münasibət bildirilib. Blok rəhbərləri hesab edirlər ki, “Hərbi mükəlləfiyyət haqqında” qanunda nəzərdə tutulmuş güzəştlərin ləğv olunması həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna zərbə ola bilər. MSK-nın formalaşdırılması prinsipini də tənqid edən blok komissiyaların paritet əsaslarla formalaşması tələbənin qüvvədə olduğunu bəyan edib. Ə. Əliyev onu da qeyd edib ki, blokun 2006-cı ildəki fəaliyyəti müsbət qiymətləndirilib. 2007-ci il üçün fəaliyyət planı haqqında müzakirə aparan blok liderləri fəaliyyət planını növbəti iclasda təsdiqləyəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR