Barri Lovenkron siyasi partiyaların liderləri ilə görüşüb

Barri Lovenkron siyasi partiyaların liderləri ilə görüşüb
# 19 dekabr 2006 17:02 (UTC +04:00)
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin insan haqları, demokratiya və əmək məsələləri üzrə köməkçisi Barri Lovenkron siyasi partiyaların liderləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, mətbuata təzyiqlər və s. məsələlər müzakirə olunub. Görüşdə “Azadlıq” blokunun liderləri, Müsavat başqanı İsa Qəmbər və Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR