İnzibati Prosessual Məcəllə parlamentin yaz sessiyasında müzakirəyə çıxarıla bilər

İnzibati Prosessual Məcəllə parlamentin yaz sessiyasında müzakirəyə çıxarıla bilər
# 20 dekabr 2006 12:19 (UTC +04:00)
İnzibati Prosessual Məcəllənin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Bu haqda APA-ya Milli Məclisdən məlumat verilib. Hazırda Məcəllənin hazırlanması istiqamətində hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası iş aparır. Məlumatda o da bildirilir ki, inzibati sahədə yaranan mübahisələrə baxılması üçün yeni məhkəmələrin yaradılması da nəzərdə tutulub. Odur ki, bu sahələri tənzimləyəcək qanunların eyni zamanda qəbulu zəruridir. Qeyd edək ki, yeni qəbul edilmiş “İnzibati İcraat Haqqında” qanun gələn ilin yanvarından qüvvəyə minməlidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR