Piter Semnebi gələn ay Azərbaycana səfər edəcək

Piter Semnebi gələn ay Azərbaycana səfər edəcək
# 20 dekabr 2006 12:27 (UTC +04:00)
Bu barədə APA-ya Brüsseldən eksklüziv açıqlama verən Piter Semnebi bildirib ki, Azərbaycana növbəti səfəri Cənubi Qafqaz turnesi çərçivəsində baş tutacaq. Avropa İttifaqının təmsilçisi Bakıdan İrəvana, oradan isə işğal olunmuş Azərbaycan torpaqlarına səfər etmək niyyətindədir. “Azərbaycan və Ermənistana səfərimin məqsədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təşəbbüsləri dəstəkləməkdir. Avropa İttifaqı nizamlanma prosesinin inkişafını dəstəkləyir və bu prosesin sürətlənməsində maraqlıdır”. Piter Semnebi Dağlıq Qarabağa səfərinin işğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərən qondarma qurumun tanınması anlamı daşımadığını bildirib. “Avropa İttifaqı münaqişə zonasında fəaliyyət göstərən Dağlıq Qarabağ Respublikasını tanımır və gələcəkdə də tanımayacaq. Lakin istənilən halda biz münaqişənin istənilən tərəfi ilə danışıqlar aparmalıyıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR