Müsavatın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı: “Partiyada İsa Qəmbərə qarşı kampaniyaya başlamaq gücündə olan şəxs yoxdur”

Müsavatın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı: “Partiyada İsa Qəmbərə qarşı kampaniyaya başlamaq gücündə olan şəxs yoxdur”
# 20 dekabr 2006 13:01 (UTC +04:00)
“Arif Hacılının Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri təyin olunması Nizamnamə ilə partiyanın başqanını verilmiş səlahiyyətdir. Həmin səlahiyyətdən istifadə edərək İsa Qəmbər bundan əvvəl Vurğun Əyyubu həmin posta təyin edib, indi də Arif Hacılını”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı Divan üzvü Vurğun Əyyubun son açıqlamalarına münasibət bildirərkən deyib. Müavinləri təyin etməyin başqanın səlahiyyətində olduğunu, Vurğun Əyyubun bunun düzgün olmaması barədə iddialarının heç bir məntiqə sığmadığını deyən G. Aslanlı bildirib ki, partiyadaşının iradlarını əvvəlcə Divanın iclasında səsləndirməli olduğunu xatırladıb: “Vurğun Əyyub Divanın son 5 iclasın heç birində iştirak etməyib. Mətbuatda bildirir ki, öz iradlarını rəhbərliyə çatdırıb. Amma bu iradları necə, harda çatdırıb bunu bilmirəm. Onun iclaslarda iştirak etməməsinin səbəbi də bilinmir. Divanın katibi bildirib ki, hər dəfə ona iclasın olacağı ilə bağlı xəbər verir, amma Vurğun bəy iclasda iştirak etmir”. G. Aslanlı İ. Qəmbərin partiyanın İcra Aparatı haqqında Əsasnaməni təsdiq etməsində heç bir Nizamnamə pozuntusunun olmadığını da qeyd edib: “Bu ittihamların heç bir əsası yoxdur. Çünki Əsasnamənin təsdiqi və təyinatlar başqanın müstəsna səlahiyyətidir. Ona görə də başqan bunu kiminləsə müzakirə etmək məcburiyyətində deyil. İstəsə müzakirə edir, istəsə etməz. “Bu məsələləri müzakirəyə çıxarmaq lazımdır” fikri düzgün deyil”. G. Aslanlı partiyada İ. Qəmbərə qarşı kampaniyanın başlanması ilə bağlı fikirləri də qəbul etməyib. Onun fikrincə, partiyada başqana qarşı belə kampaniyaya başlamaq gücündə olan şəxs yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR