Suzanna Luf: “ATƏT-in Bakı Ofisinə yeni rəhbər seçkisi prosedura səbəbilə ləngiyəcək”

Suzanna Luf: “ATƏT-in Bakı Ofisinə yeni rəhbər seçkisi prosedura səbəbilə ləngiyəcək”
# 20 dekabr 2006 13:12 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinə yeni rəhbər seçkisi ləngiyə bilər. ATƏT-in Vyanadakı mərkəzi qərargahının Azərbaycan bölməsinin nümayəndəsi Suzanna Luf APA-ya verdiyi açıqlamada prosesin ləngiməsini rəhbər təyin olunmasının uzun çəkən prosedura olması ilə əlaqələndirib. Suzanna Luf bu səbəbdən ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesinin səlahiyyətlərinin müvəqqəti olaraq onun müavini Robin Sivord tərəfindən yerinə yetiriləcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR