ATƏT-in Minsk Qrupu həmsədrləri arasında növbəti görüş yanvarın sonlarında keçiriləcək

ATƏT-in Minsk Qrupu həmsədrləri arasında növbəti görüş yanvarın sonlarında keçiriləcək
# 20 dekabr 2006 14:45 (UTC +04:00)
Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişənin nizamlanması məsələsi müzakirə olunacaq. Bundan başqa həmsədrlər regiona növbəti səfərin vaxtını dəqiqləşdirəcəklər. Maykl Stivans həmsədrlərin harada görüşəcəyinin dəqiqləşmədiyini bildirib. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son görüşü dekabrın 13-də Madriddə baş tutub. Həmsədrlər Madriddə ATƏT-in növbəti sədri, İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinosa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların detalları barədə məlumat veriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR