Oruc Zalov: “2005-2006-cı illərdə vətəndaşlarla kobud rəftar, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı daxili işlər orqanlarının 487 əməkdaşı cəzalandırılıb”

Oruc Zalov: “2005-2006-cı illərdə vətəndaşlarla kobud rəftar, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı daxili işlər orqanlarının 487 əməkdaşı cəzalandırılıb”
# 25 dekabr 2006 11:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib. O.Zalov bildirib ki, bunlardan 4-ü mənzil toxunulmazlığının, 2-si seçki hüququnun, 1-i yazışma və telefon sirrinin yayılması və digər hüquqların pozulması ilə bağlıdır. 2005-2006-cı illərdə vətəndaşlarla kobud rəftar və insan hüquq və azadlıqlarının pozulması ilə bağlı daxili işlər orqanlarının 487 əməkdaşı cəzalandırılıb. Onlardan 32-si cinayət məsuliyyətinə cəlb olunub, 31-i aşağı vəzifəyə keçirilib, 6-nın rütbəsi bir pillə aşağı salınıb, 81-i daxili işlər orqanlarından xaric edilib, 337-si barədə isə müxtəlif cəza tədbirləri tətbiq olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR