Səfir Əfşar Süleymani: “İran Azərbaycana qaz verməyə hazırdır”

Səfir Əfşar Süleymani: “İran Azərbaycana qaz verməyə hazırdır”
# 25 dekabr 2006 15:31 (UTC +04:00)
Səfir bunun qənaətbəxş olmadığını, iki ölkənin real potensialının bundan artıq olduğunu qeyd edib. Enerji sektorunda səmərəli əməkdaşlığın davam etdiyini söyləyən Ə.Süleymani 2007-ci ildə yeni layihələrin həyata keçiriləcəyini vurğulayıb: “Öncədən deyə bilərəm ki, layihələrin 80 faizi həllini tapacaq. Gələn ildən başlayaraq İrandan Azərbaycana 250 kilometrlik elektrik xətti çəkiləcək. Bu layihə 2008-ci ildə bitdikdən sonra İrandan Azərbaycana daxil olacaq enerji 700 MVt-a çatacaq. Hazırda isə bu rəqəm 200 MVt-dır. Azərbaycanın İrandan qaz alması məsələsi də gündəmdədir. Bu məsələ Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun İrana səfəri zamanı da müzakirə olunub�?. Səfir deyib ki, İranın traktor istehsal edən zavodu Azərbaycanda fəaliyyət göstərmək istəyir: “Danışıqların nəticəsi uğurlu olsa, İran traktorları Azərbaycanda montaj ediləcək”. Yaxın vaxtlarda İranın Bakı-Astara avtomobil yolunun çəkilişini yekunlaşdıracağını deyən Ə.Süleymani sərhəd zonasında yerləşən bölgələrdə ticarət əlaqələri gücləndiyini, sadəcə, özəl şirkətlər arasında əməkdaşlığın istənilən səviyyədə olmadığını vurğulayıb: “Biz istəyirik ki, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dolarını keçsin, şirkətlərimiz sərbəst əməkdaşlıq etsin”. 2007-ci ildə İran-Azərbaycan müştərək iqtisadi komissiyasının 7-ci iclası keçiriləcəyini deyən Ə.Süleymani toplantıda iki ölkənin marağında bir sıra məsələyə aydınlıq gətiriləcəyini də bildirib. Səfir İran qazının Azərbaycandan keçməklə, Gürcüstana ötürülməsində də heç bir problem olmadığını deyib: “Həmişə olduğu kimi, İran indi də qonşularına yardım etməyə hazırdır. Sadəcə, məsələnin texniki və maliyyə tərəfi müəyyənləşdirilməlidir. İran Gürcüstanla yanaşı, Azərbaycana da qaz verməyə hazırdır”. Müdafiə sənayesi sektorunda əməkdaşlığa da toxunan Ə.Süleymani Azərbaycanın İranın bu imkanları ilə tanış olduğunu söyləyib: “Azərbaycan İrandan nə istəyəcəyini bilir, bu haqda məlumatlıdır. İran da Azərbaycanın istəyəcəyini verməyə hazırdır. Bu məsələdə heç bir problem yoxdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR