Müsavat funksionerləri partiyadaxili məsələlərin müzakirəsini bitmiş hesab edirlər

Müsavat funksionerləri partiyadaxili məsələlərin müzakirəsini bitmiş hesab edirlər
# 26 dekabr 2006 13:17 (UTC +04:00)
“İsa Qəmbərin Müsavat Məclisinin son iclasında etdiyi çıxışla partiyadaxili məsələlərə aydınlıq gəldi. Kim vəziyyətin mahiyyətini başa düşmək istəyirsə, bunun üçün kifayət qədər ətraflı informasiya əldə edə bilib. Amma kim qərəzlidirsə, öz mövqeyində qalacaq”. Bu fikirləri APA-ya açıqlamasında Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İsa Qəmbərin Məclisdəki partiyadaxili məsələlərlə bağlı çıxışına münasibət bildirərkən deyib. Müsavat başqanının son çıxışını onun parlaq çıxışlarından biri hesab edən A. Hacılı bu mövqeni yüksək dəyərləndirdiyini vurğulayıb. A. Hacılı partiyadaxili proseslərlə bağlı mətbuata hər hansı açıqlama verməyəcəyini və proseslərə münasibət bildirməyəcəyini də qeyd edib.
Partiya Məclisinin sədri Sülhəddin Əkbər də bundan sonra partiyadaxili məsələləri mətbuat səhifələrinə çıxarmağı düzgün hesab etmədiyini qeyd edib. Başqanın çıxışına şərh vermək istəməyən S. Əkbərin sözlərinə görə, bununla İ. Qəmbər öz mövqeyini bildirib: “İndiki mərhələdə Müsavat Partiyasında daxili məsələlərin müzakirəsini bitmiş hesab edirəm”. Xatırladaq ki, Müsavat Divanının üzvü Vurğun Əyyub da partiyadaxili məsələlərlə bağlı mətbuata açıqlamalarına moratorium qoyduğunu deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR