Zəminə Dünyamalıyeva: “Akif Şahbazov pessimist və həyatdan küskün adamdır”

Zəminə Dünyamalıyeva: “Akif Şahbazov pessimist və həyatdan küskün adamdır”
# 27 dekabr 2006 14:04 (UTC +04:00)
“Akif Şahbazov 6 ay Rəsul Quliyevin təsis etdiyi təşkilatın koordinatoru olub və bu zaman cəmiyyətin fəaliyyəti nəzərə çarpmayıb. İndi o, təşkilatın fəaliyyətindən xəbəri olmadığını bildirir. Bu adam Biləsuvarda oturursa, təşkilat rəhbərliyi ilə əlaqə saxlamırsa, nə məlumatı ola bilər?” Bu fikirləri APA-ya açıqlamasında Rəsul Quliyevin təşəbbüsü ilə yaradılmış “Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin Azərbaycan bölməsinin rəhbəri Zəminə Dünyamalıyeva deyib. ADP Ali Məclisinin sədri Akif Şahbazovun cəmiyyətin fəaliyyəti ilə bağlı açıqlamasına münasibət bildirən Z. Dünyamalıyevanın sözlərinə görə, A. Şahbazov ADP-də də perspektiv görməməsinə baxmayaraq, rəhbərlikdə təmsil olunur: “Akif Şahbazov yeni təşkilatda perspektiv görmədiyini deyir, amma bu qurumun təsisçilərindən biridir. İnsan nailiyyət görmədiyi yerdə təmsil olunmaz. İnsan özünə hörmət etməlidir”. Z. Dünyamalıyeva A. Şahbazovu “pessimist və həyatdan küskün adam” adlandırıb.
“Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin digər üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə qətiyyən pessimist olmadığını bildirib: “Akif Şahbazovun dediyi kimi, qurumun formalaşdırılmasının ilkin mərhələsində böyük çətinliklər olsa da, biz birinci addımı uğurla ata bilmişik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR