Daxili İşlər Orqanları əməkdaşları uniformalarının dəyişdirilməsi prosesi 2008-ci ildə başa çatacaq

Daxili İşlər Orqanları əməkdaşları uniformalarının dəyişdirilməsi prosesi 2008-ci ildə başa çatacaq
# 28 dekabr 2006 09:57 (UTC +04:00)
İki aydır ki, Daxili İşlər Orqanları əməkdaşları uniformalarının dəyişdirilməsi prosesinə başlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. E. Zahidov bildirib ki, DİN-in Mərkəzi Aparatının, Bakı şəhər Polis Qarnizonunun, Çevik Polis Alayının, Dövlət Yol Polisinin əməkdaşlarının formaları dəyişdirilib. Bundan sonra böyük şəhərlərin və rayonların polis şöbələrinin yeni formalara keçilməsinə başlanacaq. Daxili İşlər Orqanları əməkdaşları uniformalarının dəyişdirilməsi prosesi 2008-ci ilin əvvəllərinədək başa çatacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR