Avropa Məhkəməsi Azərbaycan Hüquqşünaslar Forumunun şikayəti ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib

Avropa Məhkəməsi Azərbaycan Hüquqşünaslar Forumunun şikayəti ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
# 28 dekabr 2006 12:13 (UTC +04:00)
Bu barədə APA-ya AHF-dan məlumat daxil olub. Sorğuda forumun dövlət qeydiyyatına alınmamağı ilə bağlı 10 hüquqşünasın Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci ilin iyulunda şikayət ünvanladıqları qeyd edilib. Şikayətdə forumun qeydiyyata alınmaması ilə bağlı 2003-cü ilin iyununda təsisçilərin Yasamal rayon məhkəməsinə müraciət etdikləri qeyd olunub. Əvvəl Yasamal rayon məhkəməsi, sonra isə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Ədliyyə Nazirliyinin lehinə qərar çıxarıb. Avropa Məhkəməsi hökumətdən forumun qeydə alınmamağının səbəbləri ilə bağlı izahat istəyib. Məlumatda gələn ilin əvvəllərində Avropa Məhkəməsində işə baxılacağı və qərar veriləcəyi bildirilib. Qeyd edək ki, Avropa Məhkəməsinə ünvanlanmış müraciəti hüquqşünaslar İntiqam Əliyev, Əyyub Kərimov, Vidadi Mirkamal, Ənnağı Hacıbəyli, Namizəd Səfərov, Rəşid Hacılı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu, Fərman Hüseynov və Akif Əlizadə imzalayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR