Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
# 28 dekabr 2006 12:54 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycan prezidenti İlham Əliyevin partiyanın Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə çıxışı və həmin çıxışdan irəli gələn vəzifələr, Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş konfransa hazırlıq məsələləri müzakirə edilib. Bundan başqa iclasda partiyanın rayon təşkilatlarının hesabat- seçki konfranslarının gedişi haqqında məlumat dinlənilib. YAP-ın rayon təşkilatlarının konfranslarının gedişi haqqında icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu günə qədər 45 rayon və şəhər təşkilatında konfranslar keçirilib, digər təşkilatlarda isə konfranslara hazırlıq işləri tam başa çatdırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR