2006-cı il müddətində Milli Məclisin İntizam Komissiyası bir dəfə də iclas keçirməyib

2006-cı il müddətində Milli Məclisin İntizam Komissiyası bir dəfə də iclas keçirməyib
# 29 dekabr 2006 14:35 (UTC +04:00)
2006-cı il müddətində Milli Məclisin İntizam Komissiyası bir dəfə də öz iclasını keçirməyib. APA-nın məlumatına görə, bu məlumatı intizam komissiyasının sədri Ağacan Əbiyev verib. Bunu deputatların intizamlı olması ilə əlaqələndirən A. Əbiyev III çağırış deputatlarının öz işlərinin öhdəsindən layiqincə gəldiyini qeyd edib: “İndiki Mili Məclis 1992-93-cü illərdəki kimi deyil və söz-söhbətlər yoxdur. Bəlkə də mənim ayağım yüngüldür, buna görə də deputatlar intizamlı davranırlar”. Parlamentin bəzi iclaslarında yetərsayın olmaması və bəzi deputatların davamiyyəti ilə bağlı problemlərə gəldikdə, A. Əbiyev bildirib ki, bu problem öz həlini tapıb: “Bunun üçün xüsusi iclas çağırmadıq. Davamiyyəti yaxşı olmayan 6-7 deputat vardı, parlamentin iclaslarında onların yanında əyləşdim, davamiyyət cədvəlini göstərdim, kolleqa olduğumuz üçün xəbərdarlıq etmədim. Onlar da bunu nəzərə aldılar”. A. Əbiyev davamiyyəti zəif olanların əsasən müəllim işləyən deputatlar olduğunu qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR