Kanadada türkdilli xalqların diaspor qurumlarının koordinasiya mərkəzi yaradılacaq

Kanadada türkdilli xalqların diaspor qurumlarının koordinasiya mərkəzi yaradılacaq
# 08 yanvar 2007 08:48 (UTC +04:00)
Kanada Azərbaycan Təşkilatları Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən türkdilli xalqların diaspor qurumlarının koordinasiya mərkəzinin yaradılması məqsədilə toplantı keçirilib. Kanada Azərbaycan Təşkilatları Federasiyasından APA-ya daxil olan məlumata görə, qurumun rəhbəri Əkbər Məcidov toplantıda çıxış edərək belə bir mərkəzin yaradılmasının vacibliyini vurğulayıb. Ə. Məcidov həmçinin 20 yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı türk diaspor təşkilatları ilə birgə tədbirlər keçiriləcəyini açıqlayıb. 25-dən artıq dərnək və təşkilatın təmsil olunduğu yığıncaqda növbəti tədbirin yaxın günlərdə keçirilməsi və onun 20 yanvar hadisəsinin ildönümünə həsr olunması qərara alınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR