Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq
# 08 yanvar 2007 11:22 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarda keçiriləcək sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsində Azərbaycanda bağlı vəziyyət növbədənkənar müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məlumat verib. Onun sözlərinə görə, bunun əsas səbəbi Azərbaycanda mətbuata təzyiqlər, siyasi hüquqlara qarşı basqıların artmasıdır. AŞPA rəhbərliyinin Azərbaycanla bağlı müzakirələri aprel sessiyasına planlaşdırdığını xatırladan Ə.Kərimli son vaxtlar baş verən hadisələrə görə apreli gözləmədən Azərbaycanla bağlı vəziyyətin ilkin müzakirəyə çıxarılacağını qeyd edib: “Daha geniş müzakirə isə 2007-ci ilin aprelində keçiriləcək. Biz bu müzakirələr zamanı Azərbaycandakı vəziyyətə obyektiv qiymət veriləcəyini gözləyirik. Hazırda həmməruzəçilər ətraflı məruzə hazırlayırlar. Məruzədə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, həmçinin, seçkilərlə bağlı yaranmış vəziyyət əksini tapacaq”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələrin aparılacağını desə də, bunun növbədənkənar müzakirə olmadığını bildirib: “Həmməruzəçilər Azərbaycanla bağlı məruzə hazırlayıblar və bu məruzə AŞPA-nın sessiyasından əvvəl komitədə müzakirə olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR