ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonu gələn ayın əvvəllində bölgəyə səfər edəcək

ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonu gələn ayın əvvəllində bölgəyə səfər edəcək
# 09 yanvar 2007 16:02 (UTC +04:00)
O, Azərbaycan və Ermənistan prezidentlərinin Rambuye və Buxarest görüşlərində nəticə əldə olunmadığını desə də, ötən ilin iyunundakı Minsk görüşünü səmərəli adlandırıb. Həmsədr hər iki ölkənin xarici işlər nazirlərinin danışıqlarda sərt mövqe nümayiş etdirdiklərini qeyde dərək, onların ölkələrinin milli maraqlarını qoruduqlarını vurğulayıb. ATƏT-in faktaraşdırıcı missiyasının
t əmas xətti boyunca yanğından zərər çəkən ərazilərdə monitorinq keçirdiyini söyləyən M. Brayza bu missiyanın yandırılmış Azərbaycan ərazilərinə dair hesabatının demək olar ki hazır olduğunu bildirib. Sənəddə gələcəkdə yanğınların qarşısını almaq və baş vermiş yanğınların nəticəsini aradan qaldırmaq üçün tədbirlər planı nəzərdə tutulub.
M. Brayza ATƏT-in minsk qrupu həmsədrlərinin bu ayın sonu və ya fevralda bölgəyə səfər edəcəyini, dəqiq tarixin isə Azərbaycan və Ermənistan prezidentlərinin iş qrafikindən asılı olduğunu deyib: “İstərdik ki, ötən ilin sonunda nail olduğumuz müsbət inkişafın möhkəmlənməsi üçün Ermənistanda seçkiqabağı kampaniya qızışana qədər daha bir addım ataq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR