Daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarı ilə görüşündə Azərbaycanda Polis Radiosunun qurulması ilə bağlı müzakirə aparıb

Daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarı ilə görüşündə Azərbaycanda Polis Radiosunun qurulması ilə bağlı müzakirə aparıb
# 09 yanvar 2007 16:43 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, səfər proqramına əsasən Ramil Usubov Atatürkün mavzoleyini ziyarət etdikdən sonra Türkiyənin daxilli işlər naziri Əbdülqadir Aksu ilə təkbətək görüşüb. Görüşdən sonra keçirilmiş brifinqdə Türkiyənin daxili işlər naziri Ə.Aksu Azərbaycanla ölkəsi arasında təhlükəsizlik sahəsində əməkdaşlığın uğurla davam etdiyini söyləyib. O bildirib ki, Ramil Usubovun səfəri çərçivəsində terror və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə, yeni əməkdaşlıq planları barədə müzakirələr aparıblar: “Danışıqlarımızda təhlükəsizlik məsələləri, kadr hazırlığı, Azərbaycan Daxili İşlər Nazirliyi sistemində müasir kompüter texnologiyasının imkanlarından istifadə edilməsi, Azərbaycan Polis Radiosunun qurulması kimi məsələlər əsas müzakirə obyekti olub”. Türkiyənin daxili işlər naziri Azərbaycan torpaqlarının işğal altında qalmasını qəbul etmədiklərini vurğulayıb: “Türkiyə bu məsələdə Azərbaycana hər cür yardım etməyə hazırdır”. Ə. Aksu həmkarı ilə görüşünün gələgək əməkdaşlığa müsbət təsir edəcəyini də deyib.
Azərbaycanın daxili işlər naziri isə Türkiyəyə səfərindən razı qaldığını, bu səfərin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyini qeyd edib.
Daha sonra R. Usubov Jandarma Qüvvələr Komandanlığına baş çəkib. Hazırda Azərbaycanın daxili işlər naziri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşür.
Qeyd edək ki, R. Usubov TADOC-u ziyarət edəcək, Gevik Qüvvəlıər Komandanlığında olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR