Arif Hacılı: “Prezident seçkilərində Müsavatın namizədi ətrafında seçki blokunun yaradılması daha real görünür”

Arif Hacılı: “Prezident seçkilərində Müsavatın namizədi ətrafında seçki blokunun yaradılması daha real görünür”
# 10 yanvar 2007 10:00 (UTC +04:00)
“2008-ci il prezident seçkiləri ilə bağlı Müsavat Partiyası ətrafında yox, namizəd ətrafında seçki blokunun yaradılması daha real görünür”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Seçkilərdə partiyanın namizədinin İsa Qəmbər olacağını bildirən A. Hacılı onun ətrafında ciddi bir siyasi blokun yaradılmasını mümkün hesab edir. A. Hacılı seçkilər zamanı “Bizim Azərbaycan” blokunun bərpa olunmasını mümkün hesab etsə də, bu blokun yalnız 2003-cü il seçkiləri ilə bağlı yaradıldığını xatırladıb: “Ona görə də 2003-cü illə müqayisədə siyasi şərait xeyli dəyişib. 2008-ci il seçkilərində yəqin ki, yeni siyasi şəraitə uyğun, real siyasi qüvvələrin blokunun yaradılması daha real görünür”. A. Hacılı bununla bağlı hələlik partiyada heç bir müzakirənin aparılmadığını və bu müzakirələri tez hesab etdiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR