Ramil Usubovun Türkiyəyə səfəri davam edir

Ramil Usubovun Türkiyəyə səfəri davam edir
# 10 yanvar 2007 13:01 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. APA-nın Türkiyə bürosunun məlumatına görə, R. Usubov səfər çərçivəsində günün sonunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər müzakirə olunub, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb. R. Usubovun başçılıq etdiyi görüşlərini bu gün İstanbulda davam etdirir. Qeyd edək ki, səfər Türkiyənin daxili işlər naziri Əbdülqədir Aksunun dəvəti ilə reallaşıb. Dünən başlayan səfər çərçivəsində R. Usubov türkiyəli həmkarı və Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı İşık Koşanerlə görüşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR