YAP rəhbərliyi Qubaya yola düşüb

YAP rəhbərliyi Qubaya yola düşüb
# 24 aprel 2007 09:29 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Quba şəhərində tapılmış kütləvi məzarlıqla tanış olmaq üçün bu rayona yollanıb. YAP Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzovun APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar, ekspertlər, alimlər və tədqiqatçılar daxildir. Nümayəndə heyətində Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin kütləvi informasiya vasitələrinin təmsilçiləri də var. S. Novruzovun sözlərinə görə, onlar məzarlıqla yaxından tanış olacaq və məsələ ilə bağlı aidiyyəti qurumlara, beynəlxalq təşkilatlara müraciət edəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR