Səməd Seyidov: “Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasəti çox yüksək səviyyədə dəstəklənir”

Səməd Seyidov: “Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasəti çox yüksək səviyyədə dəstəklənir”
# 30 aprel 2007 12:07 (UTC +04:00)
“Brüssel Forumunda Azərbaycanla bağlı məsələlərin gündəm mövzusu kimi təqdim olunması dünyanın bizim regiona diqqətini və bizim dünyada rolumuzu göstərir”. Milli Məclisini beynəlxalq əlaqələr komissiyasının rəhbəri Səməd Seyidov dünən başa çatan Brüssel Forumunun nəticələrini APA-ya belə şərh edib. O, tədbirə Cənubi Qafqazın hər üç respublikasından nümayəndə qatıldığını deyib: “Mən Azərbaycanda gedən proseslər barədə danışdım, Azərbaycanda gedən inkişaf, enerji təhlükəsizliyi və Avropa, Dağlıq Qarabağ münaqişəsi məsələlərini gündəmə gətirdim. Bu məsələlərin forumda gündəmə gətirilməsi öz-özlüyündə çox vacib və əhəmiyyətlidir. Azərbaycan və Gürcüstanın tutduğu mövqe və Avroatlantik məkana inteqrasiya siyasətimiz çox yüksək səviyyədə dəstəklənir. Həm Azərbaycan, həm də Gürcüstanın konfliktlərin beynəlxalq qanun çərçivəsində həll olunması istiqamətində fəaliyyəti dəstəklənir və başa düşülür. Bu kontekstdən kənar mövqe isə problemli qarşılanır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR