Azərbaycanın yəhudi icmasının rəhbərləri və rus pravoslav kilsəsinin yepiskopu Qubada aşkarlanmış kütləvi məzarlığa baş çəkiblər

Azərbaycanın yəhudi icmasının rəhbərləri və rus pravoslav kilsəsinin yepiskopu Qubada aşkarlanmış kütləvi məzarlığa baş çəkiblər
# 07 may 2007 13:58 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, şeyxülislam jurnalistlərə açıqlamasında məzarlıqdakı insan qalıqlarının 1918-ci ildə erməni daşnakları tərəfindən qətlə yetirilən azərbaycanlılara aid olduğunu söyləyib və cəsədləri hələlik dəfn etməməyi məsləhət görüb. Onun sözlərinə görə, məzarlıqla bağlı həqiqətlər bütün dünyaya çatdırıldıqdan sonra cəsədlər milli adət-ənənələrə uyğun torpağa tapşırılmalıdır. Qeyd edək ki, Hacı Allahşükür Paşazadə ilə birlikdə Azərbaycan dağ yəhudiləri icmasının sədri Semyon İxiilov, Azərbaycan Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç və Bakıdakı rus pravoslav kilsəsinin yepiskopu Konstantin Ata da məzarlığı ziyarət ediblər. G. Zelmanoviç bildirib ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq qətlə yetirilənlərin hamısı Azərbaycan vətəndaşlarıdır və onlar soyqırım qurbanlarıdırlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR