İstanbulda türk tədqiqatçısı Hüseyin Adıgüzelin Heydər Əliyevlə bağlı “Zirvə” kitabı işıq üzü görüb

İstanbulda türk tədqiqatçısı Hüseyin Adıgüzelin Heydər Əliyevlə bağlı “Zirvə” kitabı işıq üzü görüb
# 07 may 2007 14:01 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı İstanbulda türk tədqiqatçısı Hüseyin Adıgüzelin müəllifi olduğu “Zirvə” kitabı işıq üzü görüb. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kitabda Heydər Əliyevin həyat yolu, keçmiş SSRİ-də Kremlə yüksəlişinə qədər tutduğu vəzifələr, Türk dünyasının birliyi yönümündə səyləri və uğurları ilə bağlı kitabda məlumatlar verilib. Kitabda “Heydər Əliyevin fırtınalarla dolu həyatı”, “Yeni bir dönəm, yeni bir yaşam”, “Əliyev Kremldə”, “Əliyevin ikinci dönəmi”, “Tarixin davamı”, “Heydər Əliyevin milli və mənəvi dünyası dövlət quruculuğu” və digər başlıqlarda bölmələr var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR