Azərbaycanda birdəfəlik əməliyyatların monitorinqi mexanizmi qurulacaq

Azərbaycanda birdəfəlik əməliyyatların monitorinqi mexanizmi qurulacaq
# 28 fevral 2023 17:34 (UTC +04:00)

Azərbaycanda birdəfəlik əməliyyatların monitorinqi mexanizmi qurulacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin avqustunadək öhdəlik daşıyan şəxslərin fəaliyyət xüsusiyyətlərindən asılı olaraq birdəfəlik əməliyyat növlərinin siyahısının hazırlanmasını, bunun üçün birdəfəlik əməliyyatlarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması hallarının müəyyənləşdirilməsini, birdəfəlik əməliyyatlar üzrə əhatəli hesabatlılıq rejiminin yaradılmasını, birdəfəlik əməliyyatların monitorinqə cəlb edilməsini təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi Maliyyə Monitorinqi Xidməti ilə birgə birdəfəlik əməliyyat növlərinin siyahısı formalaşdırıldıqdan sonra mütəmadi birdəfəlik əməliyyat növlərinin siyahısı hazırlandıqdan sonra icra edilən birdəfəlik əməliyyatlar zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiqinə nəzarəti təmin etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR