Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq
# 27 may 2022 16:43 (UTC +04:00)

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.

APA xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK sədrinin müavini deyib ki, buna səbəb seçici siyahısı dəqiqləşdirilməsindən sonra bəzi məntəqələr üzrə seçici sayının Seçki Məcəlləsində nəzərdə tutulandan çox olmasıdır.

Rövzət Qasımov qeyd edib ki, bundan sonra dairə seçki komissiyaları bu istiqamətdə addımlar atacaqlar.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR