BMTM: Bu il Azərbaycanın xarici siyasəti Prezidentin açıqladığı məqamlara uyğun qurulacaq

BMTM: Bu il Azərbaycanın xarici siyasəti Prezidentin açıqladığı məqamlara uyğun qurulacaq
# 14 yanvar 2022 12:17 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibədə yeni məqamlar var. Bunların əsasında Xarici İşlər Nazirliyi və müvafiq dövlət qurumları, düşüncə mərkəzləri də müvafiq olaraq bu istiqamətlərdə fəaliyyət göstərəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

F. Şəfiyev deyib ki, dövlət başçısı 2003-cü ildə hakimiyyətə gələrkən beynəlxalq hüquqa müəyyən dərəcədə ümidləri olduğunu söyləyib: “Söhbət ilk növbədə münaqişənin həllindən gedir. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənmişdi. Ancaq Ermənistanı dəstəkləyən beynəlxalq aktorlar BMT-nin qətnamələrini dilə gətirməməyə, Dağlıq Qarabağı Azərbaycandan ayırmağa çalışırdılar. Reallıq isə ondan ibarətdir ki, hələ də güc amili hər şeyi müəyyən edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR