“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılır

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılır
# 11 sentyabr 2019 17:13 (UTC +04:00)

““Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri Milli Məclisin payız sessiyasında müzakirə ediləcək.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O, qeyd edib ki, cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin 10 iclası keçirilib, 17 qanun layihəsi plenar iclasa tövsiyə olunub və qəbul edilib: “Payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub”.

Qeyd edək ki, “Daxili qoşunlar haqqında” ötən il Milli Məclisin yaz və payız sessiyalarının işlər planına salınsa da müzakirəyə çıxarılmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR