Deputat: “Köçəryan və Sərkisyanın işğal zamanı Azərbaycan torpaqlarında narkotik plantasiyaları olub” - VİDEO

Serj Sarkisyan, Robert Koçaryan

© APA | Serj Sarkisyan, Robert Koçaryan

# 15 aprel 2022 12:03 (UTC +04:00)

“Ermənistanın keçmiş hər iki prezidenti işğal zamanı Azərbaycan torpaqlarından narkotik dövriyyəsi kimi istifadə edib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan narkotiklərin dünya bazarlarına çıxarılması ilə məşğul olublar: “Erməni zabitlər də hərbi cinayətlərlə bərabər, işğal altında olmuş Azərbaycan torpaqlarında narkotik dövriyyəsi ilə məşğul olublar. Hələ də məlumatlar var ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə erməni xunta rejiminin narkotik plantasiyaları var. Biz bununla bağlı dünya ictimaiyyətinə lazımlı məlumatları çatdırmalıyıq. Bu məlumatlar erməni mətbuatında da yer alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR