Dmitri Medvedev Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 dekabr 2021 16:45 (UTC +04:00)

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər. Əminəm ki, dövlətlərimiz arasında səmərəli qarşılıqlı fəaliyyət bundan sonra da ölkələrimizin xalqlarının rifahı naminə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, aktual beynəlxalq və regional məsələlərin uğurlu həllinə şərait yaradacaq.

Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, bizim etimada əsaslanan dialoqumuz davam edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Fürsətdən istifadə edib xanım Mehriban Arif qızına və bütün ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR