Əfv komissiyasının iclası keçirilib - YENİLƏNİB

Əfv komissiyasının iclası keçirilib - YENİLƏNİB
# 26 aprel 2022 18:28 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiyada bu gün 100-dən artıq müraciətə baxılıb.

Növbəti iclas aprelin 29-a təyin edilib.

***

08.45

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

APA xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR