Fəzail İbrahimli: “Siyasi partiyalar haqqında” yeni qanun zəruri idi

Fəzail İbrahimli, Milli Məclis sədrinin müavini

© APA | Fəzail İbrahimli, Milli Məclis sədrinin müavini

# 23 noyabr 2022 11:10 (UTC +04:00)

“Cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatlar həyata keçirilir. Sistemli xarakter alan bu dəyişikliklər cəmiyyətin bütün sahələrini əhatə edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Komitə sədri bildirib ki, Milli Məclis də qanunvericilikdə bu təşəbbüsə qoşulmalı idi: “Ona görə də Milli Məclisdə təmsil olunan siyasi partiyalar belə qanun layihəsinin hazırlanmasının zəruri olduğunu əsaslandırdı. “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zəruri idi. Hazırda mövcud olan "Siyasi partiyalar haqqında” qanunun qəbulundan 30 il vaxt keçib. 1995-ci ildə Konstitusiyamız qəbul edilib, cəmiyyətin qanunları köklü şəkildə dəyişib”.

Fəzail İbrahimli nəzərə çatdırıb ki, qanun layihəsinin ilkin variantının 18 maddəsinə 45 dəyişiklik edilib, amma bu da son deyil: “İlkin variantla bu gün təqdim olunan layihə arasında da kifayət qədər fərq var, təkmilləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR