Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov

© APA | Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov

# 31 dekabr 2021 18:51 (UTC +04:00)

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib.
APA-nın yerli bürosunun məlumatına görə, N.Bayramov buradakı Əbədi Məşəl Abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramını ifadə edib.
Daha sonra icra başçısı Şəhidlər Xiyabanını ziyarətə gələn şəhid yaxınları və qazilərlə görüşüb. Niyazi Bayramov onların qayğıları ilə maraqlanıb, şikayət və təkliflərini dinləyib.
Şəhid yaxınları tərəfindən dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qısa vaxt ərzində aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində də şəhid və qazi ailələrinə xüsusi qayğı göstərilir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələri ziyarət olunublar. Onlara Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovaqı paylanılıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR